Pakistandakı məktəblərdə Türkiyə üçün ianə toplanır



 15:35 10.02.2023     541

Pakistanın Baş naziri Şahbaz Şərifin göstərişi ilə federal hökumətə bağlı məktəblərdə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım kampaniyası başladılıb.

Demedia.az xəbər verir ki, təhsil naziri Rana Tanvir Hüseyn, Baş nazir Şərifin göstərişindən sonra məktəblərdə ianə kampaniyasına başlamaq barədə qərarı imzalayıb. Nazir Hüseynin sözlərinə görə, Türkiyə və Suriyada zəlzələlərdən zərər çəkənlərin ehtiyacları qarşılanana qədər  kampaniya davam edəcək.

Bildirilir ki, müəllim və şagirdlər məktəblərdə qurulan ianə qutuları vasitəsilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək olurlar.

Bahadur Seyidov