Makrondan Türkiyəyə həmrəylik mesajı



 16:12 10.02.2023     616

Fransa prezidenti Emmanuel Makron Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı Türkiyə ilə həmrəy olduqlarını bildirib.

Demedia.az xəbər verir ki, o, Avropa Birliyinin Brüsseldə keçirilən fövqəladə sammitindən sonra mətbuata açıqlamasında Türkiyədəki zəlzələlərin “Əsrin fəlakəti” olduğunu ifadə edib. Fransadan 140 nəfərlik bir qrupun Türkiyədəki xilasetmə işlərinə qatıldığını qeyd edən Makron, ehtiyaclara uyğun olaraq yardımları artırmağa hazır olduqlarını vurğulayıb.

Zəlzələ günü Prezident Rəcəb Tayyib Ərdoğana zəng vurduğunu və Fransa adından başsağlığı verdiyini xatırladan Makron, bir çox Avropa Birliyi ölkəsinin Türkiyəyə xilasedici qrupu göndərdiyini bildirib.

Bahadur Seyidov