Zəlzələ anından yeni görüntü! - Maşınlar beşik kimi yellənirdi



 18:31 10.02.2023     4746

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ park edilmiş vasitələrin beşik kimi silkələnməsi ilə diqqət çəkib.

Demedia.az xəbər verir ki, Kahramanmaraşda baş verən ilk 7,7 bal gücündə zəlzələ ilə bağlı yeni görüntü ortaya çıxıb. Yolu, bir evi və dayanmış iki avtomobili görən təhlükəsizlik kamerası zəlzələ anını saniyə saniyə qeyd edib.

Zəlzələdə yol ilə birlikdə vasitələrin beşik kimi silkələnməsi görüntülərə də əks olunub. Hətta o anları görən kamera da bir müddət sonra zəlzələyə tab gətirə bilməyib sıradan çıxıb.

Aysun / Demedia.az