Zəlzələdən 17 saniyə əvvəl görülən sirli hadisə



 19:29 10.02.2023     723

Diyarbəkirdə baş verən zəlzələdən 17 saniyə əvvəl səmada görünən müəmmalı hadisə görənləri təəccübləndirib.

Demedia.az xəbər verir ki, Kahramanmaraşda ümumilikdə 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyəni şoka salıb.

Minlərlə insan dağıntılar altında qalıb. 100 mindən çox axtarış-xilasetmə ordusu sərt qış şəraitində daha bir insanın həyatını xilas etmək üçün çarəsizcə mübarizə aparır.
Fevralın 6-da Diyarbəkirdə baş verən zəlzələdən 17 saniyə əvvəl səmada görünən və yerə doğru hərəkət edən müəmmalı hadisədən sonra qorxulu işıqlar səpələnib və yer yerindən tərpənib.

Aysun / Demedia.az