Belə həmrəylik ancaq bu torpaqlar üçündür - Məşhur aktyor



 20:32 10.02.2023     1174

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 vilayətdə böyük dağıntılara səbəb olub.

Demedia.az xəbər verir ki, Türkiyə zəlzələlərdən sonra yaralarını sarmağa çalışarkən Oktay Kaynarcadan duyğulu mesaj gəldi.

Fəlakətdən sonra bütün Türkiyə bir ürək halına gələrkən, aktyor Oktay Kaynarcadan dəstək mesajı gəldi. Sosial media hesabında paylaşım edən məşhur ad bu ifadələrdən istifadə edib:

"Belə həmrəylik nümunəsi bu torpaqlara xasdır. Bütöv bir ölkə, o cümlədən Azərbaycan da zəlzələ zonasında olanlar qədər əziyyət çəkir; yeməklərindən, yataqlarından, istiliyindən utanaraq ürəkləri onlarla döyünür. Bu, həmrəyliyin gözəl nümunəsidir. Qəlbinə şəfa ver ey millətim".

Aysun / Demedia.az