Messinin formasından əldə edilən gəlir zəlzələdən zərər çəkənlərə bağışlanacaq



 23:46 10.02.2023     13096

Milli futbolçu Merih Demiral Fransa Liqa 1 komandalarından olan Paris Saint-Germain-də çıxış edən argentinalı ulduz Lionel Messinin imzalı formasının hərrac üsulu ilə satılacağını və əldə edilən gəlirin zəlzələdən zərərçəkənlərə bağışlanacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, daha əvvəl bir çox dünya şöhrətli futbolçunun formalarını hərrac yolu ilə satan və gəlirini zəlzələdən zərərçəkənlərə bağışlayan milli futbolçu Merih Dəmiral sosial media hesabından Lionel Messinin imzalı formasının da satılacağını açıqlayıb. Hərrac nəticəsində satışdan əldə olunan vəsait yenidən zəlzələ zonasına göndəriləcək.
Merih Messi ilə əlaqə saxlayaraq vəziyyəti ona izah edən Hakan Çalhanoğlu və Gianluici Donnarummaya da təşəkkür edib.

Aysun / Demedia.az