Kahramanmaraşdakı fay qırığı GÖSTƏRİLDİ - Şok video



 22:01 10.02.2023     561

Kahramanmaraşdakı zəlzələlərdən sonra Tevekkelli kəndində kilometrlərlə uzanan fay xəttindəki qırıq nümayiş etdirilib.

Demedia.az xəbər verir ki, Türkiyə mərkəzi Kahramanmaraşda olan iki güclü zəlzələ ilə sarsılıb.

Birincisi 7,7, ikincisi isə 7,6 bal gücündə zəlzələ; Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.

TRT Haber, episentri Pazarcık və Elbistan rayonları olan və 10 vilayəti təsir edən zəlzələlərdən sonra yaranan qırıqları nümayiş etdirib. Kahramanmaraşın Tevekkeli kəndində kilometrlərlə uzanan qırıq zəlzələnin böyüklüyünü ortaya qoyur.

Aysun / Demedia.az