ABŞ Türkiyə və Suriyaya əlavə 85 milyon dollar vəsait ayırdı



 17:08 10.02.2023     312

ABŞ zəlzələlərdən zərər çəkənlər üçün Türkiyə və Suriyaya əlavə 85 milyon dollar vəsait ayıracağını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi məlumat verib. Açıqlamada deyilir ki, ABŞ-ın əsas prioriteti dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə əməliyyatlarını sürətləndirməkdir. Açıqlamada deyilir ki, sözügedən yardım fondu zəlzələdən zərər çəkmiş milyonlarla insana təcili ehtiyac duyulan yardımın göstərilməsi üçün ayrılıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Türkiyəyə 77 tonluq yardım göndərmişdi. Onların arasında xilasetmə əməliyyatlarında istifadə edilən alətlər də var.

Bahadur Seyidov