Messi Türkiyədəki zəlzələlərlə bağlı çağırışı etdi



 11:27 13.02.2023     321

Argentina millisinin kapitanı Lionel Messi Türkiyədəki zəlzələlərlə bağlı çağırışı edib.

Demedia.az xəbər verir ki, Messi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Türkiyə və Suriyadakı fəlakətlə bağlı başlatdığı yardım kampaniyasına dəstək çağırışı edib. Messi sosial media hesabında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun internet səhifəsinin yardım kampaniyasına dair linkini paylaşaraq yazıb:

"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli gündür. Ürəyim onlarladır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu uşaqları qorumaq üçün əvvəldən bölgədə çalışır. Sizin köməyiniz əvəzsizdir”.

Bahadur Seyidov