Pakistan Türkiyəyə 5 ton yeni yardım göndərdi



 11:45 13.02.2023     317

Pakistan Türkiyəyə ədyal və qış çadırları daxil olmaqla 5 ton yeni yardım göndərib.

Demedia.az xəbər verir ki, Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi paytaxt İslamabaddakı ofisində Türkiyə və Suriyaya humanitar yardımla bağlı toplantı keçirib. Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin sədri general-leytenant İnam Heydər Malik Türkiyəyə ümumilikdə 162 ton, Suriyaya isə 9 ton yardımın göndərildiyini ifadə edib.

Onun sözlərinə görə, Pakistan Türkiyəyə yardımları davam etdirəcək. Qeyd edək ki, bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları Türkiyə və Suriyadakı zəlzələlərdən zərər çəkənlər üçün Pakistanın müxtəlif şəhərlərində yardım məntəqələri yaradıb.

Bahadur Seyidov