Qətər əmirindən Türkiyəyə həmrəylik mesajı



 12:28 13.02.2023     324

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani Türkiyə və Suriyada baş verən zəlzələlərlə bağlı həmrəylik mesajları verib.

Demedia.az xəbər verir ki, Qətər əmiri bununla bağlı sosila media hesabında paylaşım edib. Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü, Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ fəlakətinin nəticələrini dəyərləndirdiyini deyən Təmim, fəlakətin fəsadlarının aradan qaldırılması üçün dəstəyini ifadə edib. Şeyx Təmim zəlzələdə həyatını itirənlərlə bağlı Ərdoğana başsağlığı verib və Qətərin bu böhrandan çıxmaq üçün qardaş Türkiyə xalqına hər cür dəstək verməyə davam edəcəyini vurğulayıb.

Həmçinin, Təmim və Ərdoğan arasında keçirilən görüşdə iki ölkə arasındakı strateji əlaqələr, onların inkişafı və regionda baş verən proseslər müzakirə edilib.

Bahadur Seyidov