Çin gəmisi Yaponiyanın ərazi sularına daxil oldu



 12:48 13.02.2023     320

Çin donanmasına məxsus müşahidə gəmisi Yaponiyanın ərazi sularına daxil olub.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb. Bildirilir ki, Çin gəmisi Yaponiya ərazisinə ölkənin cənubundan daxil olub. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Kaqosima sahillərindəki Yakuşima adasının cənub-qərbində üzən Çin gəmisi ölkə sərhədini pozub. Çin gəmisi Yaponiya donanmasının xəbərdarlığından sonra ölkə ərazini tərk edib.

Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə sözügedən pozuntu ilə bağlı Çin hökumətinə öz narahatlığını bildirib.

Bahadur Seyidov