Ukrayna Rusiyanın nüvə sektoruna sanksiyalar tətbiq etdi



 14:58 13.02.2023     301

Ukrayna Rusiyanın nüvə sektoruna sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.Rusiyanın Ukraynaya qarşı hücumlarını davam etdirdiyini qeyd edən Zelenski, Rusiyanın nüvə sektoruna qarşı növbəti sanksiya tətbiq etdiklərini vurğulayıb. Zelenski bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyanın nüvə sənayesi ilə bağlı sanksiya qərarının qüvvəyə minməsi üçün fərman imzalayıb.

"Fərmanı imzalamaqla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın nüvə şirkətində çalışan 200 nəfərə qarşı sanksiya qərarını qüvvəyə mindirdim. Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün əlimizdən gələni edəcəyik" -  Zelenski bildirib.

Bahadur Seyidov