İsveçdə Quranın yandırılmasının qadağan edilməsi tələbi ilə aksiya təşkil edildi
İsveçdə Fərqli Rənglər Partiyası parlament qarşısında aksiya təşkil edib.
Demedia.az xəbər verir ki, nümayişçilər Quranın yandırılmasının qadağan edilməsini tələb ediblər. Aksiyaya 100-ə qədər nümayişçi qatılıb. Nümayişçilər əllərində “Qurani-Kərimin yandırılmasını dayandırın” və “Müsəlmanları təhqir etməyə son” yazılan plakatlar qaldırıblar. Partiya sədri Mikail Yüksel bildirib ki, Quranın yandırılması qadağan edilməldir.
Finlandiyada Qurani-Kərimin yandırılmasına icazə verilmədiyini və bunun qanunsuz olduğunu bildirən Yükselin sözlərinə görə, Finlandiyada olduğu kimi İsveçdə də Quran-Kərimin yandırılması qadağan edilməlidir.
Bahadur Seyidov