İsrailin döyüş təyyarələri Qəzza zolağını bombaladı



 15:52 13.02.2023     299

İsrailin döyüş təyyarələri Qəzza zolağına hava zərbələri endirib.

Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adraee  sosial media hesabında bildirib. O qeyd edib ki, döyüş təyyarələri Qəzzada “Həmas” təşkilatının raket istehsalı üçün xammal hazırlayan məntəqəsi hədəfə alınıb. Bildirilib ki, bu hücum Qəzzadan İsrailə atılan raketə cavabdır. Qəzzada olan şahidlər bombalanan ərazilərdə maddi ziyanın olduğunu bildiriblər.

Fələstinin Səhiyyə Nazirliyi hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.

Bahadur Seyidov