Danimarka ordudakı bütün “SEZAR” haubitsalarını Ukraynaya verdi



 16:42 13.02.2023     318

Danimarka ordudakı bütün “SEZAR” haubitsalarını Ukraynaya verib.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumata verib. Nazirliyin sosial media hesabında qeyd edilib ki, Danimarka bütün “SEZAR” haubitsalarını Ukraynaya çatdırıb. “Bizim mübarizəmizin Avropanın mübarizəsi olduğunu bilən əsl dost ölkə Danimarka” - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Ukraynaya verilən haubitsaların sayı barədə məlumat verilməyib. Bundan əvvəl, Danimarkanın müdafiə naziri Jakob Ellemann-Jensen Ukraynaya 19 “SEZAR” haubitsa verəcəklərini açıqlamışdı.

Bahadur Seyidov