Zəlzələdə ailəsinin 10 üzvünü itirdi! - Canlı yayımda görün nələr danışdı



 20:02 13.02.2023     569

Hataydan olan və Hollandiyada yaşayan türk əsilli holland pianoçu və bəstəkar Karsu Dönmez ölkəmizdə baş verən zəlzələdə ailəsindən xala, əmioğlu və əmioğlu uşaqlarını itirib.

Demedia.az xəbər verir ki, məşhur ad İnstaqramda paylaşdığı videoda dağıntılar altında qalan yaxınları üçün ağlayaraq kömək istəyib.

Mərkəzi Kahramanmaraşda olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ən çox dağıntının yaşandığı vilayətlərdən biri də Hatay olub. Zəlzələ fəlakətindən sonra hər yeni gün fərqli dramlar ortaya çıxır.

1990-cı ildə Hatayın Karsu kəndindən Hollandiyaya köçən bir ailənin qızı Karsu Dönmez sosial media hesabında yayımladığı videoda Hatayda dağıntılar altında qalan yaxınları üçün göz yaşları içində kömək istəyib. 89 yaşlı nənəsi olan Karsunun paylaşdığı foto hər kəsi duyğulandırıb.

NTV ekranlarında Məsut Yarın təqdim etdiyi proqramda canlı yayıma telefonla bağlanan məşhur müğənni itkilərini göz yaşları içində danışıb.

Hollandiyada zəlzələ qurbanları üçün başlatdıqları kampaniyada 20 milyon avro toplandığını və kampaniyanın davam edəcəyini bildirən Karsu:

"Əliyə xalamı, uşaqları və nəvələrini, əmim oğlu Tunanı, ərini və oğlunu, əmim oğlu Aytülü, ərini və üç qızını, Meral xalanı itirdik. 89 yaşlı nənəmi və əmimi xilas edə bildilər. Sizə deməyə ehtiyac yoxdur, bütün Türkiyə bunlardan keçir. Qarsu kəndindən bibim zəng edib dedi ki, gigiyena dəstləri, pul lazımdır. Dedi ki, bizi unutma, unutma, unutma. Türkiyəni, Hatayı və bütün fəlakət bölgələrini sizə mütləq unutdurmayacağam. Söz verirəm. Unutmayacağam, bu mənim ev tapşırığımdır".

Aysun / Demedia.az