Buffonun əlcəkləri zəlzələ qurbanları üçün satışda



 22:39 13.02.2023     584

Milli futbolçu Merih Dəmiral İtaliyanın məşhur qapıçısı Canluici Buffonun əlcəklərinin hərrac üsulu ilə satılacağını və əldə edilən gəlirin zəlzələdən zərərçəkənlərə bağışlanacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, əvvəllər Ronaldo, Messi, Mbappe kimi bir çox dünya şöhrətli futbolçunun formalarını satan və gəlirini zəlzələ qurbanlarına bağışlayan Merih Dəmiral sosial media hesabından italiyalı qapıçı Canluici Buffonun əlcəklərinin də satışa çıxarılacağını açıqlayıb. 

Merih sosial media hesabından verdiyi açıqlamada “Sonuncu adam Canluici Buffondur. Tarixin ən yaxşısı Gianluigi Buffon imzalı əlcəkləri dəstəkləyir. Əfsanənin əlcəklərini auksionla satışa çıxarırıq”, - deyə bildirib.

Buffonun əlcəklərindən əldə olunan gəlir də zəlzələ bölgəsində fəlakət qurbanları üçün istifadə olunacaq.

Aysun / Demedia.az