Suriyada ölənlərin sayı 3688-ə nəfərə çatdı



 16:12 14.02.2023     312

Episentri Türkiyənin Kahramanmaraş vilayətində yerləşən zəlzələ nəticəsində Suriyada həyatını itirənlərin sayı 3 min 688, yaralıların sayı isə 14 min 749-a yüksəlib.

Demedia.az xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb. Bildirilir ki, episentri Kahramanmaraşda olan 7,7 və 7,6 bal gücündəki zəlzələlərdən zərər çəkən Suriynın İdlib, Hələb, Hama, Latakiya və Tartus əyalətlərində dağıntılar qeydə alınıb. Onlarla insan xilas edilib. Dağıntılar altında qalanlar var. Onların axtarış işləri davam edir.

Suriya İnsan Haqları təşkilatının məlumatına görə, Suriyanın İdlib, Fərat Qalxanı  və Zeytun Budağı əməliyyatları bölgələrində azı 2274 nəfər ölüb.

Bahadur Seyidov