ABŞ Çin şarının qalıqlarını ələ keçirdi



 16:35 14.02.2023     325

ABŞ-da vurulan Çin casus şarının kritik elektron hissələri tapılıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ ordusu açıqlam verib. ABŞ-ın Şimal Komandanlığının məlumatına görə, sensorlar və elektron hissələrin olduğu bölgədən əhəmiyyətli miqdarda qalıqlar toplanılıb. Toplanılan qalıqlar araşdırılır.

Qeyd edək ki, Çin şarın Pekinə məxsus olduğunu qəbul etsə də, cəsusluq fəaliyyətini inkar edir. Pekinin iddiasına görə, şarın ABŞ-ın hava məkanına daxil olmasına səbəb əlverişsiz hava şəraiti olub. Çin şarı ABŞ prezidenti Co Baydenin əmri ilə vurulub.

Bahadur Seyidov