“Çin kəşfiyyatının “şar proqramı” var” - Kirbi
“Çin kəşfiyyatının yüksək hündürlükdə müşahidə apara bilən “şar proqramı” var”.
Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi belə deyib. O bildirib ki, Çin kəşfiyyatı məlumatlar toplamaq üçün Çin ordusu nəzdində hava şarları proqramını icra edir.
“Biz bilirik ki, Çinin müşahidə balonları dünyanın bir çox qitələrindən onlarla ölkənin, o cümlədən bizə ən yaxın müttəfiq və tərəfdaş ölkələrin bəzilərinin ərazisindən keçib”.
Kirbi bildirib ki, bu müşahidə balonları Çinin ABŞ-da istifadə etdiyi digər kəşfiyyat platformalarına əlavə “məhdud dəstək” verir.
Bahadur Seyidov