Fransadan çağırış - Belarusu tərk edin



 17:27 14.02.2023     360

Fransa, Rusiya ilə Ukrayna müharibəsi və Avropa Birliyi ölkələri ilə Belarus arasında hava məkanının bağlanması səbəbilə vətəndaşlarına çağırış edib.

Demedia.az xəbər verir ki, açıqlamada Fransa vətəndaşlarına Belarusa səyahət etməmək, Belarusda olan Fransa vətəndaşlarına dərhal ölkəni tərk etmək barədə çağırış edilib. Bəyanatda Litva ilə Latviya arasında sərhədlərin açıq olacağı bildirilib. Açıqlamaya görə, Polşaya keçmək üçün yalnız Terespol marşrutunun açıq olduğu vurğulanıb.

Bildirilib ki, Belarusdakı Fransa vətəndaşları Litva, Polşa və ya Latviya ilə sərhəd keçid məntəqələrindən istifadə edərək, quru yolu ilə dərhal Belarusu tərk etməlidir.

Bahadur Seyidov