Özbəkistan Türkiyəyə 170 ton humanitar yardım göndərdi



 17:04 14.02.2023     301

Özbəkistan Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə Türkiyəyə 170 ton humanitar yardım göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Daşkənddəki səfirliyindən açıqlama verilib. Bildirilib ki, Özbəkistandə müxtəlif qurum və təşkilatların başlatdığı yardım kampaniyaları davam edir. Açıqlamada, sözügedən yardım kampaniyası çərçivəsində Özbəkistanda 170 ton humanitar yardım toplandığı bildirilib.

Onların arasında 45 ton dərman və tibbi ləvazimat, 8 ton ərzaq, 90 ton geyim, ayaqqabı, adyal, yataq, uşaq bezləri, təmizlik və gigiyena materialları, 130 generator, 700 elektrik sobası və digər ləvazimatlar var.

Bahadur Seyidov