Yeni Zelandiyada fövqəladə vəziyyət elan edildi



 16:50 14.02.2023     316

Yeni Zelandiyada Qabrielle qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib.

Demedia.az xəbər verir ki, güclü yağış və külək ölkənin Şimal adasında təsirli olub. Yerli dairələr bunu görünməmiş hava hadisəsi kimi qiymətləndiriblər. Məlumata görə, qasırğa nəticəsində 100 mindən çox insan işıqsız qalıb. Baş nazir Kris Hipkins bildirib ki, təbii fəlakət ölkəyə böyük ziyan vurub. Çox sayda insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bu, 2019-cu ildə “Christchurch” məscidinə hücumdan və COVID-19 pandemiyasından sonra Yeni Zelandiyada 3-cü fövqəladə vəziyyətdir.

Bahadur Seyidov