Dünyanın gözü Türkiyədə: İsrail ordusu bu fotonu paylaşdı



 18:31 14.02.2023     691

Bütün dünya Türkiyə üçün səfərbər olub

Demedia.az xəbər verir ki, Cənubi Koreya zəlzələnin ilk həftəsində görünməmiş bir addım atıb. Bu gün İsraildən Türkiyəyə yüksək səviyyəli səfər var.

30 mindən çox insanın həyatını itirdiyi zəlzələ bölgəsində axtarış-xilasetmə qrupları zamanla yarışır. Xarici İşlər Nazirliyi çərşənbə axşamı etdiyi son yeniləmədə 100 ölkənin Türkiyəyə yardım təklif etdiyini və hazırda 80 ölkədən 9 mindən çox axtarış-xilasetmə mütəxəssisinin yerdə olduğunu açıqlayıb. Daha dörd ölkə zəlzələ zonasına qruplar göndərəcək və daha 542 mütəxəssis sahədə olacaq.

Xaricdən gələn bəzi axtarış-xilasetmə qrupları vəzifələrini tamamlayaraq ölkələrinə qayıtmağa başlayıblar. Yunanıstan və Almaniya kimi ölkələrdə zəlzələ bölgəsindən qayıdan yardım qrupları çiçəklərlə qarşılanıb. Almaniyanın Bonn-Köln hava limanında axtarış-xilasetmə mütəxəssislərini əllərində Türkiyə və Almaniya bayraqları ilə qarşılayanlar göz yaşlarını saxlaya bilməyiblər.

Türkiyəyə 450 axtarış-xilasetmə və sağlamlıq mütəxəssisi göndərən İsraildən Türkiyəyə yüksək səviyyəli səfər var. Xarici işlər naziri Mövlud Çavuşoğlu israilli həmkarı Eli Koen ilə görüşüb. Eli Koen prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.

Aysun / Demedia.az