"Rusiyanın Moldovada sabitliyi pozmağa çalışdığına dair iddiaları qəti şəkildə rədd edirik”



 20:16 14.02.2023     305

“Rusiyanın Moldova Respublikasındakı sabitliyi pozmağa çalışdığına dair iddiaları qəti şəkildə rədd edirik”.

Demedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib. O bildirib ki, Ukrayna tərəfi belə iddiaları ortaya atmaqla Rusiya və Moldova arasında gərginlik ortaya çıxarmaq istəyir. Zaxarova, iddiaların əsassız olduğunu deyib.

Qeyd edək ki, Moldova prezidenti Maya Sandu Rusiyanın ölkəsindəki sabitliyi pozmağa çalışdığına dair iddia səsləndirib. Rusiya tərəfinin iddiasına görə, əsassız məlumatı Moldova tərəfinə Ukrayna ötürüb.

Bahadur Seyidov