Qırğızıstan 3-cü yardımı Türkiyəyə göndərdi


Qırğızıstan prezidenti Sadır Çaparovun göstərişi ilə 3-cü yardım Qaziantepə göndərilib.
Demedia.az xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyi belə məlumat verib. Məlumata görə, paytaxt Bişkekdəki Manas Beynəlxalq Hava limanında Türkiyəyə göndəriləcək axtarış-xilasetmə və tibbi heyətin yola salınması proqramı təşkil edib. Bildirilib ki, 35 nəfərdən ibarət üçüncü axtarış-xilasetmə, tibbi briqada, səhra xəstəxanası, təcili tibbi yardım maşını və 52 ədəd çadır təyyarə ilə Türkiyəyə göndərilib.
Məlumata görə, Qırğızıstanın zəlzələ bölgəsində axtarış-xilasetmə və tibbi briqada üzvlərinin sayını 152-yə, çadırların sayı isə 124-ə çatıb.
Bahadur Seyidov