Türkiyədə zəlzələnin yaratdığı fəsadlar - ŞOK GÖRÜNTÜLƏR



 21:33 14.02.2023     521

Türkiyədə zəlzələdən sonra şok görüntülər ortaya çıxıb.

Demedia.az xəbər verir ki, görüntülər həmçinin zəlzələnin şiddətini və magistral yollarda yaratdığı böyük dağıntıları ortaya qoyur.

Kahramanmaraş-Malatya yolunda avtomobil yolunun bir çox hissəsi ikiyə bölünsə də, bir çox yerində çökmələr baş verib. 4 hərəkət zolağından 2 zolağa düşən yola havadan da baxılıb.

Türkiyənin 10 vilayətində baş verən zəlzələnin şiddəti magistral yollardan da görünür. Kahramanmaraş-Malatya yolunda baş verən dağıntı 4 zolaqlı yolun 2 zolağa düşməsinə səbəb olub. Yol boyu çatların olduğu yolda da çökmə baş verib. Dağlardakı qayaların çoxu da yerə atılıb. Az qala yarıya bölünən yolda baryerlər də əyilib. Hazırda nəqliyyatın hərəkətinin nəzarətli şəkildə təmin edildiyi yola havadan da baxılıb.

Aysun / Demedia.az