Dünya bu görüntülərdən danışır - VƏZİYYƏT AĞIRDIR...



 23:08 14.02.2023     537

Türkiyənin 10 vilayətində dağıntılara səbəb olan və əhatə etdiyi əraziyə görə 'əsrin fəlakəti' olaraq təyin olunan zəlzələlərin episentri Kahramanmaraşda vertolyotla çəkilən görüntü ilə fəlakətin böyüklüyü bir daha ortaya çıxdı.

Demedia.az xəbər verir ki, 4 min 497 binanın dağıldığı şəhərdə 10 mindən çox insan həyatını itirərkən, hər saat itkilərin artması ürək ağrıdır.

Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə dağıntılara səbəb olub. Əhatə etdiyi ərazi və təsirlənən əhali baxımından “əsrin fəlakəti” adlandırılan zəlzələlərdə ən böyük dağıntı episentri olan Kahramanmaraşda olub. Dünən (bazar günü) açıqlanan rəqəmlərə görə, şəhər daxilində 4 min 497 binanın dağıldığı, 10 min 194 adamın həyatını itirdiyi ifadə edildi. Zəlzələnin 8-ci günündə hər saat can itkisinin artması ürək ağrıdır.

Kahramanmaraşda helikopterlə çəkilən hava görüntüləri fəlakətin böyüklüyünü bir daha ortaya qoydu. Şəhərin bir hissəsində binalara heç bir ziyan dəyməsə də, digər hissəsində dağıntılar diqqəti cəlb edib. Bəzi məhəllələrdə binaların tamamilə dağıldığı görülüb. Bölgədəki qruplar axtarış-xilasetmə işlərini davam etdirərkən, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi İl Müdirliyi qrupları da sınaq üçün sökülən dağıntılardan nümunələr götürüb. Şəhərdə dağılan binaların sayını nəzərə alsaq, zəlzələ nəticəsində həyatını itirənlərin sayının artması narahatlıq doğurur.

Aysun / Demedia.az