Qaziantepdə baş verən zəlzələdən sonra qorxulu görüntü! - Nəhəng çuxur əmələ gəldi



 22:03 14.02.2023     543

Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra Qaziantepdəki bir parkda eni 30 metr, dərinliyi 8 metr olan nəhəng çuxur meydana gəlib.

Demedia.az xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən ən çox zərər görən şəhərlərdən biri olan Qaziantepdə 10 əyalətin təsirinə məruz qalıb, Şahinbey mahalı Şenyurt Mahallesi, Derinçukur küçəsində yerləşən Aydın Baba parkında nəhəng çuxur əmələ gəlib.

Zəlzələnin şiddəti ilə park uçsa da, ətrafdakı evlərə ziyan dəyməyib.

Yaxınlıqda yaşayan vətəndaşlar deyib: “Zəlzələ səbəbindən aşağı enəndə böyük bir səs eşitdik. Gördük ki, dirək, ağac nə idisə, yıxıldı. Bu park idi, bu park yolun sonu idi, yol burada bitərdi”.

Digər tərəfdən Şahinbey Bələdiyyəsi qrupları nəhəng çuxur səbəbiylə hər hansı bir qəzanın qarşısını almaq üçün çuxurun ətrafını baryerlə bağladı.

Aysun / Demedia.az