Tayvanın 130 nəfərlik axtarış-xilasetmə qrupu ölkələrinə qayıdıb


Türkiyənin təcili çağırışından sonra Adıyamana gələn Tayvanın 130 nəfərlik axtarış-xilasetmə qrupu ölkələrinə qayıdıb.
Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Ankaradakı nümayəndəsi Volkan Çih-Yanq Huanq bildirib.
Huang başda AFAD olmaqla onlara dəstək olan hər kəsə təşəkkür edib:
"İlk növbədə türk dostlarımıza və Türkiyə hökumətinə başsağlığı verirəm. Zəlzələ baş verəndə ölkəmiz dərhal Türkiyə hökumətinə 2 milyon dollar yardım etdiyini açıqladı. Bundan başqa, bir çox qeyri-hökumət təşkilatları da çoxlu ianə etdi.İndiyə qədər təxminən 16-18 milyon dollar toplanıb. Axtarış xilasetmə qrupumuz zəlzələnin ikinci günü bura gəlib. Ümumi 130 nəfərdən ibarət iki qrup və 5 axtarış-xilasetmə qrupu itlər Adıyamana getdi. Adıyamana ilk gələn komanda biz olduq. Açığı, vəziyyət çox pis idi və türk dostlarımızla əməkdaşlıq edərək bunun öhdəsindən gəlməyə çalışdıq”.
Bahadur Seyidov