NATO Türkiyəyə 1000 konteyner göndərir


NATO Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkmiş insanların sığınması üçün Türkiyəyə 1000 konteyner göndərir.
Demedia.az xəbər verir ki, bu barədə NATO-nun Napolidəki Birgə Qüvvələr Komandanlığından açıqlama verilib. Bildirilib ki, konteynerlərin qurulması və daşınması üçün 6 nəfərlik kəşfiyyat qrupu əvvəlcə tədqiqat aparıb. Ardınca İtaliyanın Taranto şəhərindəki NATO-nun Cənub Əməliyyatlar Mərkəzindəki anbarlarda saxlanılan konteynerlər Türkiyəyə göndərilib.
Yarımdaimi sığınacaqlarda azı 2000 nəfər qala bilər. Bildirilib ki, adətən NATO-nun təlim və əməliyyatlarında istifadə olunan konteynerlərdə yaşamaq üçün hər cür şərait var.
Bahadur Seyidov