Səudiyyə Ərəbistanı Türkiyəyə yardım daşıyan daha bir təyyarə göndərdi



 16:14 15.02.2023     294

Səudiyyə Ərəbistanı Türkiyəyə yardım daşıyan daha bir təyyarə göndərib.

Demedia.az xəbər verir ki, bu barədə krallığın SPA agentliyi məlumat yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanı zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya dəstəyini davam etdirir. Məlumata görə, çadır, ədyal, qida və tibbi ləvazimatlardan ibarət 90 ton yardım daşıyan təyyarə paytaxt Ər-Riyaddakı Beynəlxalq Kral Xalid hava limanından Qaziantep hava limanına uçub.

Bununla da, Kral Salman bin Əbdüləziz Əl Səud və Vəliəhd Şahzadə Məhəmməd bin Selmanın təlimatı əsasında yaradılan hava yardımı dəhlizi ilə Türkiyə və Suriyaya yardım aparan təyyarələrin sayı 10-a çatıb.
Bahadur Seyidov