Putin Rusiyanın axtarış-xilasetmə qruplarına təşəkkür etdi



 16:32 15.02.2023     304

Rusiya prezidenti Vladimir Putin Türkiyə və Suriyada zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün işləyən Rusiya Fövqəladə Hallar Nazirliyinə təşəkkür edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Rusiya zəlzələrdən sonra bölgəyə yardım göndərən ilk ölkələr sırasında olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin ölkənin təhlükəsizlik sistemində mühüm yer tutduğuna diqqət çəkən Putin, nazirliyin həyata keçirdiyi işlərin Rusiya vətəndaşları və iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Rusiya axtarış-xilasetmə qruplarının həyata keçirdiyi işlərin xarici ölkələr tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edən Putinin sözlərinə görə,  Rusiya ötən il 35 beynəlxalq humanitar missiyada iştirak edib.

Bahadur Seyidov