Peruda aksiyalar davam edir



 17:23 15.02.2023     329

Peruda prezident Dina Boluartenin istefası tələbi ilə başlayan aksiyalar səngimir.

Demedia.az xəbər verir ki, paytaxt Lima başda olmaqla bir çox şəhərdə yürüş təşkil edən nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Nümayişçilərin daş və molotof kokteyli ilə hücumuna polis gözyaşardıcı qazla cavab verib. Çox sayda etirazçı saxlanılıb. Hadisələr zamanı 20 nəfər yaralanıb.

Qeyd edək ki, Peru mətbuatının məlumatına görə, 2022-ci il dekabrın 11-dən bu yana nümayişlərdə 64 nəfər həyatını itirib, yaralananların sayı isə 1700-ü keçib.

Bahadur Seyidov