Kosovo 5 min ukraynalı qaçqını qəbul etməyə hazırdır



 17:42 15.02.2023     296

Kosovo 5 min ukraynalı qaçqını qəbul etməyə hazırdır.

Demedia.az xəbər verir ki, Kosovonun müdafiə naziri Armend Mehaj NATO-nun baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirilən Ukrayna bağlı görüş zamanı belə deyib. Görüşün təfərrüatlarını sosial media hesabında paylaşan Mehaj yazıb:  “Stoltenberqlə görüşümdə bir daha bildirdim ki, hökumət və müdafiə naziri olaraq biz 5000 ukraynalı qaçqını qəbul etməyə, həmçinin Ukrayna əsgərlərinə təlim keçməyə hazırıq.”

Kosovonun Ukraynanın yanında olmağa davam edəcəyini vurğulayan Mehaj bildirib ki, Kosovo işğalçılıq və soyqırım ilə qarşılaşan bir dövlət olaraq Ukrayna xalqının azadlıq mübarizəsini çox yaxşı anlayır.

Bahadur Seyidov