Norveç təcili yardım təyyarəsini Türkiyəyə göndərdi



 17:05 15.02.2023     284

Norveç hökuməti Kahramanmaraşdakı zəlzələdən zərər çəkənlər üçün təcili yardım təyyarəsi kimi istifadə edilən hərbi nəqliyyat təyyarəsini Türkiyəyə göndərib.

Demedia.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb. Bildirilib ki, Norveçin zəlzələdən zərər çəkənlərə dəstəyi NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi tərəfindən Türkiyə hakimiyyəti ilə koordinasiya edilib. NATO-nun bəyanatına görə, Norveç tərəfindən göndərilən “C-130J Hercules” nəqliyyat təyyarəsi fevralın 13-də ilk tibbi evakuasiya uçuşunu həyata keçirib. Bu təyyarə ilə zəlzələlərdə yaralanan 28 nəfər Adanadan Ankaradakı xəstəxanalara çatdırılıb.

Qeyd olunub ki, Hollandiya və Böyük Britaniyadan göndərilən oxşar təyyarələr də Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün çalışır.

Bahadur Seyidov