Pakistanda 50 ölkənin iştirakı ilə təlim keçirildi



 16:51 15.02.2023     293

Pakistanda ABŞ və Çin də daxil olmaqla 50 ölkənin hərbi dəniz birləşmələrinin iştirakı ilə “AMAN-2023” adlı təlim keçirilib.

Demedia.az xəbər verir ki, təlimlərin açılış mərasimində Baş nazir Şahbaz Şərif, yerli və xarici yüksək səviyyəli hərbi rəsmilər, nazirlər və xarici diplomatlar iştirak ediblər. Şərif və hərbi rəsmilər Pakistan Hərbi Dəniz Qüvvələrinin Təchizat Gəmisində təlimi izləyiblər. Şərif bildirib ki, regional sülh və təhlükəsizliyə töhfə vermək üçün həyata keçirilən “AMAN-2023” təlimlərinin uğurla həyata keçirilməsindən məmnundur.

Məlumata görə, 50 ölkənin iştirakı ilə keçirilən təlimə 18 gəmi, döyüş təyyarəsi və helikopter cəlb olunub. Türkiyə ordusu zəlzələlərə görə təlimlərdə iştirak etməyib.

Bahadur Seyidov