Zəlzələnin şiddəti ilə bir anda baş verdi - ŞOK VİDEO



 22:39 15.02.2023     527

Kahramanmaraş Elbistanda baş verən 7,6 bal gücündə ikinci zəlzələdən sonra Qaziantepdə qapalı hovuzda baş verən kiçik miqyaslı sunami təhlükəsizlik kamerasına əks olunub.

Demedia.az xəbər verir ki, zəlzələnin şiddətini ən aydın şəkildə göstərən görüntüdə titrəmə ilə birlikdə hovuzdakı suyun sunami kimi daşdığı qeyd edilib.

Türkiyəni dərindən sarsıdan və əsrin fəlakəti adlandırılan Kahramanmaraş, Pazarcıkda 7,7 və Elbistanda 7,6 bal gücündə iki böyük zəlzələnin şiddətini ortaya qoyan yeni görüntülər ortaya çıxıb. İki böyük zəlzələdən sonra 10 vilayətdə çox ciddi dağıntılar yaşanarkən, Kahramanmaraş-Elbistanda 7,6 bal gücündə ikinci zəlzələdən sonra Qaziantepdəki qapalı hovuzda baş verən kiçik miqyaslı sunami təhlükəsizlik kamerasına əks olunub. Zəlzələnin şiddətini və təsirini ən aydın şəkildə göstərən görüntüdə hovuzdakı suyun sunami kimi titrəmə ilə yanaşı dalğalar şəklində hovuzun yanından döşəməyə aşdığı qeyd edilib.

Aysun / Demedia.az