Meksika Türkiyəyə 100 ton humanitar yardım göndərdi



 12:01 16.02.2023     305

Meksika Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkənlər üçün 100 ton humanitar yardım göndərib.

Demedia.az xəbər verir ki, yardım artıq Adanaya çatıb. Qida, geyim, ədyal, çadır, generator, tibbi və gigiyena ləvazimatları daşıyan yük təyyarəsi Meksika səfirliyinin ticarət və mədəniyyət attaşesi Mario Çaparro və Müdafiə və Hərbi Hava Qüvvələri Attaşesi Ernesto Velazquez Montoya tərəfindən qarşılanıb.Çaparro bildirib ki, Meksika xalqı Türkiyədəki dostları və qardaşları ilə həmrəydir.

Müdafiə və Dəniz Qüvvələri Nazirliyi və Meksika Qızıl Xaç Cəmiyyətindən 150 nəfərlik axtarış-xilasetmə qrupunun Adıyamanda bir həftəlik fəaliyyətdən sonra Türkiyəni tərk etdiyini bildirən Çaparro qeyd edib ki, zəlzələ bölgələrində qeyri-hökumət təşkilatlarından təxminən 100 personal fəaliyyətini davam etdirir.

Bahadur Seyidov