Hollandiyada Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkənlər üçün 89 milyon avro ianə toplandı



 13:05 16.02.2023     312

Hollandiyada Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkən Türkiyə və Suriya üçün 89 milyon avro ianə toplanıb.

Demedia.az xəbər verir ki, televiziya və radiolar tərəfindən yayımlanan yardım kampaniyasından əvvəl bu məbləğ 28,6 milyon avro idi. Hollandiyada 11 QHT-nin birgə təşkil etdiyi yardım kampaniyası bir çox televiziya və radio tərəfindən yayımlanıb. "Milli Fəaliyyət Günü" adlı yardım kampaniyasında ümumi ianə məbləği 88 milyon 921 min 468 avroya çatıb.

Kampaniyaya dəstək olmaq üçün minlərlə müəssisə bir günlük gəlirini zəlzələdən zərər çəkənlərə bağışlayıb. Həmçinin bir çox sənət əsərləri də hərraca çıxarılıb. Satışdan əldə olunan vəsait də xeyriyyə kampaniyasının hesabına köçürülüb.

Bahadur Seyidov