Çindən Türkiyəyə gələn iki axtarış-xilasetmə qrupu ölkələrinə qayıtdı



 14:09 16.02.2023     305

Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyəyə gələn Çinin axtarış-xialsetmə qruplarından ikisi ölkələrinə qayıdıb.

Demedia.az xəbər verir ki, 11 və 60 nəfərlik qrup artıq Çinə qayıdıb. 11 nəfərdən ibarət çinli könüllülər qrupunun rəhbəri Yuan Jiongming zəlzələ bölgəsində yaşadıqlarının çox kədərli və acınacaqlı olduğunu deyib. O bildirib ki, könüllülər 11-i yaralı olan 12 nəfəri dağıntılar altından çıxarıb.

Axtarış-xilasetmə qruplarının yola salınması münasibətilə hava limanında mərasim keçirilib. Mərasimdə Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi səfir Ayşe Sözen Usluer çinli heyətə xatirə plakatı təqdim edib.

Bahadur Seyidov