Böyük Britaniya Türkiyə və Suriya üçün yeni yardım paketini açıqladı



 14:45 16.02.2023     300

Böyük Britaniya Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkən Türkiyə və Suriya üçün 25 milyon funt sterlinq dəyərində yeni yardım paketi açıqlayıb.

Demedia.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, zəlzələdən zərər çəkənlərə yardım və xidmətlər üçün yeni yardım paketi hazırlanıb. Yardıma Türkiyə və Suriyada fəaliyyət göstərən Türkiyə qurumlarının və BMT nümayəndələrinin hesabatlarına uyğun olaraq çadır və ədyalların çatdırılması və tibbi müdaxilə qruplarının göndərilməsi daxildir.

Suriyadakı qeyri-hökumət təşkilatlarına da yardım göstəriləcək. Yardım paketində qadınlara və məcburi köçkünlərə xüsusi diqqət ayrılacaq.

Bahadur Seyidov