“Ukrayna ilə yalnız Belarusa hücum edəcəyi təqdirdə müharibəyə girərik” - Lukaşenko



 16:36 16.02.2023     283

“Ukrayna ilə yalnız Belarusa hücum edəcəyi təqdirdə müharibəyə girərik”.

Demedia.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko belə açıqlama verib. O bildirib:

“Ukraynadan bir əsgər mənim xalqımı öldürmək üçün Belarus torpaqlarına gəlsə, ruslarla birlikdə döyüşəcəyik. Əgər onlar Belarusa hücum etsələr, cavab çox sərt olacaq və müharibə tamam başqa xarakter alacaq”.

Lukaşenko bunun təkcə Ukrayna üçün deyil, digər qonşu ölkələr üçün də keçərli olduğuna qeyd edib.

 “Biz müharibə istəmirik. Onlar Belarus ərazisinə hücum etməsələr, biz heç bir halda qoşunlarımızı Ukraynaya göndərməyəcəyik” - Lukaşenko deyib.

Bahadur Seyidov