Rusiya ordusu raketlərlə Ukraynaya hücum etdi



 16:52 16.02.2023     288

Rusiya ordusu Ukraynaya raketlərlə hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargah rəisi Valeriy Zalujnı açıqlama verib. O bildirib ki, Ukraynaya atılan 36 raketdən 16-sı məhv edilib. Rusiya ordusunun havadan və dənizdən ümumilikdə 36 raket atdığını qeyd edən Zalujnının sözlərinə görə, mərmilərdən bəziləri hədəflərə çatıb.

Qeyd edək ki, Ukraynanın müxtəlif bölgələrində hava hücumu siqnalları səslənməkdə davam edir. Ötən gün Rusiya dronlarla Ukraynaya hücum etmişdi.

Bahadur Seyidov