Böyük Britaniya Kahramanmaraşda səhra xəstəxanası qurdu



 17:11 16.02.2023     293

Böyük Britaniya Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkənlər üçün Kahramanmaraşın Türkoğlu rayonunda 24 çarpayılıq səhra xəstəxanası qurub.

Demedia.az xəbər verir ki, xəstəxanaya rəhbərlik edən mütəxəssis tibb bacısı Kapitan Katy Hook bildirib ki, onlar zəlzələdən dərhal sonra hərəkətə keçərək 3 gün ərzində lazımi avadanlıqları toplayıblar. Onlar zəlzələdən 6 gün sonra Türkiyəyə gələrək xəstəxananı qurublar.

Quraşdırma tamamlandıqdan sonra xəstələri qəbul etməyə başladıqlarını deyən Hook, xəstəxanada 22-si səhiyyə işçisi olmaqla 100 nəfərlik bir qrupun işlədiyini qeyd edib.

Bahadur Seyidov