Tailandın kral ailəsinin təlimatı ilə Türkiyəyə təyyarə ilə yardım göndərildi



 17:45 16.02.2023     299

Tailandın kral ailəsinin təlimatı ilə Türkiyəyə təyyarə ilə yardım göndərilib.

Demedia.az xəbər verir ki,  Tailand donanmasının Hərbi Hava Qüvvələri generalı Praphas Sornchaidee bildirib ki, kral ailəsinin göstərişi ilə humanitar yardımla dolu olan təyyarə Türkiyəyə uçub. 70 tonluq humanitar yardım zəlzələdən zərər çəkənlərin ehtiyaclarını ödəyəcək. O, zəlzələdə Tailand vətəndaşlarının da zərər çəkdiyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Tayland hökuməti Türkiyəyə 2,8 milyon türk lirəsi yardım etmişdi.

Bahadur Seyidov