Ölümdən son anda xilas oldu - ANBAAN VİDEO



 21:02 16.02.2023     522

Antakyada dağıntılar altında qalan inşaat maşınının operatorunun ölümdən saniyələr ərzində xilas olduğu anlar kameralara belə əks olunub.

Demedia.az xəbər verir ki, Türkiyəni sarsıdan zəlzələ fəlakətindən sonra dağıntıların çıxarılması işlərinə dəstək olmaq üçün Ərzurumun Horasan Həsənbəyli kəndindən bölgəyə gedən inşaat texnikası operatoru Vedat Yıldırım böyük təhlükədən xilas olub.

Yıldırımın istifadə etdiyi tikinti texnikasının işlədiyi dağıntılar halında olan bina bir anda dağılıb. Binanın düz qarşısındakı inşaat maşınının üzərində işləyən Yıldırım binanın çökəcəyini anlayanda saniyələr ərzində özünü çölə atmağı bacarıb. Vedat Yıldırım təsadüfən xəsarət almadan xilas olarkən, hadisə anı cib telefonu kamerası ilə saniyə-saniyə lentə alınıb.

Aysun / Demedia.az