Qətər Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 70 milyon dollar yardım etdi



 12:51 17.02.2023     459

Qətər Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə təxminən 70 milyon dollar yardım edib.

Demedia.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlama verib. O bildirib ki, Qətərin Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə qida, sağlamlıq və digər humanitar yardımları 253 milyon riala (70 milyon dollar) çatıb. Ensari zəlzələ bölgələrində axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün işlərin davam etdiyini qeyd edib.

O, zəlzələdən zərər çəkənlərə dəstək üçün yardım kampaniyasının davam etdiyini və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Saninin də kampaniyaya 50 milyon riyal (14 milyon dollar) dəstək verdiyini xatırladıb.

Bahadur Seyidov