Qırğızıstanın 24 nəfərlik axtarış-xilasetmə qrupu ölkələrinə qayıtdı



 14:01 17.02.2023     632

Kahramanmaraşdakı zəlzələrlə bağlı fəlakət bölgəsində işlərini tamamlayan Qırğızıstanın 24 nəfərlik axtarış-xilasetmə qrupu ölkələrinə qayıdıb.

Demedia.az xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan hərbi hissə komandanı mayor Ruslan Toktomambetov zəlzələ bölgəsində çətin vəziyyətlə üzləşdiklərini ifadə edib. Gördüklərindən çox kədərləndiyini bildirən Toktomambetov deyib:

"Ölənlərin sayı çox idi. Əlimizdən gələni etdik. Dağıntılar altından xilas etdiyimiz insanlar oldu. Nəhayət, bir qadını xilas etdik. Əvvəl hamilə qadını çıxarmışdıq. Mən belə bir fəlakət görməmişəm. Bu, indiyə qədər gördüyüm ən böyük fəlakətdir. Çox üzülürük. Biz eyni millətik”.

Bahadur Seyidov